“Narazılıq uzun müddət idi yığılmışdı” - QAZAXISTANIN KEÇMİŞ BAŞ NAZİRİ

  • By admin
  • 06 Yanvar 2022 20:45

Ölkədəki etirazlar əvvəlcədən nəzərdə tutulmuşdu, amma ictimai narazılıq uzun müddət idi yığılmışdı.

Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstanın keçmiş baş naziri Akejan Kajegeldin deyib.

“Əslində hər şeyin, o cümlədən ərzaqların bahalaşması hökumət tərəfindən atılan düşünülməmiş, axmaq addım idi. Neft ölkəsində birdən-birə belə qiymət artımı sadəcə bəhanədir. Paytaxtda çoxuşaqlı anaların kiçik bir qrupunu döymək və həbs etmək, həmkarlar ittifaqı nümayəndələrini cəzalandırmaq və öldürmək mümkündür, lakin fəhlə sinfinin böyük kütləsi, gənc insanlar meydana çıxanda onlarla danışmaq lazımdır”, – keçmiş baş nazir bildirib.

Onun sözlərinə görə, sərt tədbirləri yalnız düşmənə qarşı işlətmək olar:

“Düşünmürəm ki, özünü seçilmiş hesab edən prezident öz vətəndaşlarını düşmən hesab etsin”.

 

 

Gununsesi.info