
Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Gununsesi.info-nun xəbərinə görə, dekabrın 15-də N.Kərimova yekun ittiham elan edilib. Belə ki, dekabrın 16-dan etibarən N. Kərimov vəkili ilə birlikdə cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.
Xatırladaq ki, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Gülnaz Qənbərli
Gununsesi.info












