Nardaran ağsaqqalının işi məhkəməyə göndərildi

  • By admin
  • 22 Dekabr 2016 15:38

natiqq

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Əyyub Ələkbərov məlumat verib.

O bildirib ki, N.Kərimov və özü cinayət işinin materialları ilə tanış olmanı ötən gün başa çatdırıblar: “Müstəntiq cinayət işini hazırlayıb, bir-iki günə məhkəməyə göndərəcək”.

N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Gununsesi.info