Nardaran qəsəbə sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əliqulu Nuriyev müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.
Anar
Gununsesi.info