Nardaran sakinindən silah-sursat götürülüb

  • By admin
  • 22 Noyabr 2016 11:36

Silahh

 

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.

“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı “Mauzer” markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info