Nardaran sakinləri silahlarını polisə təhvil veriblər

  • By admin
  • 11 İyul 2017 09:34

tufeng_silah-odlu_49

Nardaran qəsəbəsinin sakinləri silah-sursatlarını polisə təhvil veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri – əvvəllər məhkum olunmuş Pərviz Atakişiyev müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngini, Aydın Kazımov isə 1 ədəd “F-1” markalı qumbaranı 42-ci Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info