Nardarana rəis təyin edildi

  • By admin
  • 04 İyul 2016 12:17

nardaran

 

Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub. Gununsesi.info-nun məlumatına görə, 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov həmin bölmənin rəisi təyin olunub.

Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan bölməyə rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Gülnaz Qənbərli