Nardaranda əməliyyat: Həbs olunan var

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə iyunun 3-nə keçən gecə Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

HTML tutorial

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Mirzəyev müəyyən edilərək saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı oradan şüşə qabda, 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info