Nardaranda daha bir əməliyyat keçirildi

  • By admin
  • 09 Aprel 2019 11:58

Nardaran sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evin zirzəmisindən 1 ədəd luləsi və qundağı kəsilmiş “İJ-57” markalı ov tüfəngi, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.