Nardaranlı kişi silah-sursatını polisə təhvil verdi

  • By admin
  • 02 Sentyabr 2019 16:11

Nardaranda silah-sursat aşkar edilib.

 Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində 1 ədəd lüləsi kəsilmiş “İJ” markalı tüfəng, 1 ədəd “RQD” qumbarası, 57 ədəd patron və zəncir olan torbanı könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Gununsesi.org