Nardaranlı məhbusa həkim laqeyidliyi

  • By admin
  • 01 İyun 2016 09:05

fariz

Vəkil Fariz Namazlı Nardaran hadisələri zamanı həbs olunan Abbas Hüseynovun sağlamlıq vəziyyətinin yoxlanılması, ürəyinin kardioqramaya salınması, başının tomoqrafiyadan keçirilməsi ilə bağlı Tibb Baş idarəsinə ərizə yazıb. Gununsesi.info-nun məlumatına görə, ancaq vəkilin istəyinə əməl olunmayıb. Fariz Namazlı saytımıza açıqlamasında bildirib ki, Abbas Hüseynovu yalandan yoxlayıblar: “Yoxlayıblar, başı salmağa aparat olmayıb, ağciyər yoxlaması üçün nəzərdə tutulan rentgen aparatına başını tutub yoxlayıblar. Deyiblər ki, heç bir problem yoxdur, başında olan ağrılar da müvəqqətidir, keçib gedəcək”.

HTML tutorial