Nardaranlıların işində qanunsuzluq

  • By admin
  • 27 İyun 2016 23:42

fariz

Nardaran hadisələri üzrə cinayət işində 18 polis əməkdaşı zərərçəkən kimi tanınıb. Lakin ibtidai istintaqın başa çatmasına baxmayaraq, prokurorluq polislərə dəyən zərərlə bağlı cinayət materiallarını müdafiə tərəfinə vermir. Bu barədə  Turan-a müttəhimlərdən birinin vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, istintaq qrupunun rəhbəri Pərviz İbayev sözügedən sənədləri vəkilə verməkdən imtina edərək bildirib ki, bunların müdafiə tərəfinə aidiyyatı yoxdur.

Lakin vəkil qeyd edib ki, onun müdafiə etdiyi şəxs hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək, qəsdən adam öldürmək, silahlı qrup yaratmaq ittihamları da daxil olmaqla, bir çox maddə üzrə ittiham olunur. Polislər məhz həmin maddələr üzrə zərərçəkən kimi tanınırlar.