“Nargilə”də avtobusla maşın toqquşdu - Yaralılar var

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, hadisə yerinə gedən Təcili Tibbi Yardım maşını müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.

Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub.

Qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat veriləcək.

***

Gununsesi.org-un əldə etdiyi məlumata görə, 46 nömrəli marşrut qəzaya düşüb.