Narınc Rüstəmova: “Məktəbdə ilk gün sindromu”

  • By admin
  • 15 Sentyabr 2016 10:34

patrixuy

Sentyabr gəlir və məktəblər açılır. Sentyabr gəlir və məktəblər açılır. Uzun bir tətil sonrası bir çox uşaq məktəbə təkrar geri dönəcəyəm sevinci, həyəcanı və ya kədərini yaşayarkən bir çox uşaq da məktəbə yeni başlayacağı üçün bu duyğuları yaşayır. Ana atalar üçün də, uşaqlar üçün də məktəbə başlamaq romantik olaraq, çox da asan deyil. Bir çox valideynlər uşaqlarını məktəbə göndərərkən orada təkbaşına bütün günü bir çox şeyə qərar vermək məcburiyyətində qalacaq və zorlanacak deyə, narahatlıq yaşayarkən bir tərəfdən də müstəqil olacaq olmalarına sevinərək, öz içlərində qarışıqlıq yaşaya bilirlər.

Bəs uşaqlar və valideynləri nəyə dqqət etməlidirlər. Gununsesi.info bu haqda mütəxəsis rəyini təqdim edir.

İlk dəfə məktəbə başlayacaq uşaqla yaxşı ünsiyyət qurmaq əhəmiyyətindən bəhs edən mütəxəssis, “Narınc Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri, uşaq psixoloqu  Narınc Rüstəmova  məktəblər başlamazdan əvvəl uşağı necə hazırlamaq lazım olduğunu izah edib. Onun sözlərinə görə, məktəbə ilk dəfə gedəcək övladınıza həyatında böyük dəyişikliklər olacağını, ancaq bu dəyişmələrin çox yaxşı dəyişmələr olduğunu izah edin və yeni şeylər öyrənəcək olmasıyla əlaqədar onu həvəsləndirin ki o da özünə etibarlı bir şəkildə məktəbə başlamaqdan çəkinməsin. Məktəb həyatı ilə bağlı fərqli xüsuslardan bəhsi faydalı olacağını söyləyən N.Rüstəmova hesab edir ki, övladınızı yeni başlayacağı ətraf mühitə daha rahat adaptasiya ola bilməsi və daha müstəqil hərəkət edə bilməsi üçün cesarələndirə bilərsiniz: “Bir çox şeyi özünün etməsinə icazə verin ki, məktəbdə çətinlik çəkməsin . Özbaşına geyinəbilmə, yeməkyemə əllərini yumaq, tualetə getmək, şüşə qapaqlarını açmaq, çantanı qablaşdırma və qapaqları açmaq kimi bacarıqları nə qədər çox əldə etmiş olarsa, məktəbdə də o qədər rahat davranar”-, deyə o bildirib.

“Bundan başqa  uşağınızla məktəblə əlaqədar öz duyğularınızı və xatirələrinizi danışın”-, deyən N.Rüstəmova qeyd edib ki, məktəb haqqında övladınızın nə düşündüyünü,  problemlərini, sizə suallar soruşmasına icazə verin, uşağınızı dinləyin: “Onun tənqidlərini kəsmədən, susdurmadan suallarına mümkün olduqca geniş və ətraflı cavab verin və onları qaygılandırmayın. “Daha sən öz şalvarını, ayaqqabını geyinə bilmirsən, necə məktəbə gedəcəksən” kimi sözlər söyləməyin. Məktəbdə dərslər  başlamazdan əvvəl birlikdə məktəbi gəzin. Gələcək və uzun illər təhsil alacağı məktəblə yaxından tanış olsun”.

Əhəmiyyətli tövsiyələr verən mütəxəssis-psixoloq  məktəblər açılmadan bir neçə gün əvvəlində məktəbə birlikdə getmənin, səyahətin faydalı olacağını da vurğulayıb: “Hətta eyni məktəbə gedəcək dostları varsa, onlarla birlikdə belə bir səyahət həyata keçirin. Ayrıca məktəblə əlaqədar danışmaq da şagirdliyə namizədi rahatlaşdıracaq. Ən əhəmiyyətli addım məktəblə əlaqədar uşağınıza müsbət fikirlər söyıəməyiniz və onun həyəcanını paylaşmağınızdır. Ayrıca uşağınızın ehtiyacı olacaq şeyləri əvvəlcədən almağa diqqət edin, son dəqiqəyə buraxılan ya da unudulan şeylər ilk günlərdən uşağınızdan qayğı yarada bilər. Məktəbə nə vaxt gedəcəyini, onu dərsə kimin aparacağını və kimin alacağını da onunla razılaşdıra bilərsiniz”.

Daha sonra N.Rüstəmova məktəbin ilk günündə nələrə diqqət edilməsindən də bəhs edib. Psixoloq hesab edir ki, məktəbin ilk günündə valideynər uşağın çantasını hazırlamasına və içinə yemək, içki və bir sıra ehtiyat paltar qoymasına kömək etməlidir: “Qoyduğunuz paltarla əlaqədar müəllimi də məlumatlandırın ki,  kiçik qəzalar ola bilər. Bəzənmək üçün hazırlanarkən özlərinin geyinməsi üçün sərbəstlik verin ki, məktəbdə geyinib soyunarkən çox çətinlik çəkməsin. Çantasının içindəki əşyalara birlikdə təkrar baxın ki, məktəbdən gələrkən çantasında nəyin olduğuna diqqət etsin. İtirdiyi  əşyaları üçün də ona müəllimlə danışması lazım olduğunu söyləyin. Evdən zamanında çıxın, məktəbə təlaşlı bir şəkildə getməyin və sinifinə girməzdən əvvəl bir müddət bağçada olun. İlk günü məktəbdən siz almağa çalışın, erkən gedin və onun görə biləcəyi bir yerdə onu gözləyin. Məktəbin necə keçdiyini və onun həyəcanını mütləq paylaşın, onu dinləyin və duyğularını tənqid alın”-, deyə o, məktəbdə ilk gün sindiromuyla bağlı tövsiyyələrini verib.

Gülnaz Qənbərli

Gununsesi.info