Narışkin: Soyuq deyil, isti müharibədir!

  • By admin
  • 03 Mart 2022 23:23

Rusiya üçün hazırki situasiya Qərblə tamamilə qızğın müharibədən ibarətdir.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin deyib.

“Qərb siyasətçiləri və şərhçiləri baş verənləri “yeni soyuq müharibə” adlandırmağı sevirlər. Belə görünür ki, burada tarixi paralellər tam uyğun deyil. Yalnız ona görə ki, XX əsrin ikinci yarısında Rusiya Qərblə uzaq məsafələrdə vuruşurdu və indi müharibə vətənimizin sərhədlərinə çatıb. Beləliklə, bizim üçün bu, şübhəsiz ki, “soyuq” deyil, kifayət qədər “isti”dir, – Narışkin bildirib.

Gununsesi.info