
Cəlilabad rayon sakinindən 1,1 kq tiryək və 525 qr heroin aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini İntiqam Hətəmovdan 1 kiloqram 100 qram tiryək və 525 qram heroin aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info