Narkoloji Dispanserdə müalicə alan şəxs öldü

  • By Günel
  • 12 Dekabr 2024 20:09

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info