Narkotik alveri ilə məşğul olan azərbaycanlı nəzarətə götürüldü - GÜRCÜSTANDA

  • By admin
  • 13 Oktyabr 2017 21:35

narkotik

Gürcüstan Daxili İşlər Nazirliyi Rustavi şəhərində xüsusi əməliyyat keçirib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Həmin şəxsin azərbaycanlı olduğu bildirilir. Digər məlumata əsasən, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycan vətəndaşı külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Gununsesi.info