Narkotik çəkib mikroavtobusu idarə edən sürücü saxlanıldı

  • By Admin2
  • 08 Fevral 2025 16:28

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.

Gununsesi.info