Narkotik kartelləri arasında qarşıdurma və zorakılığın davam etdiyi Meksikada dəhşətli hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, dövlət prokurorluğundan verilən açıqlamada bölgədə “La Familia Michoacana” və “Los Tlacos” narkotik kartelləri arasında münaqişənin olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, rayon sakinləri ilə aparılan müsahibələr zamanı “adam oğurluğu” kimi başqa cinayətlərin törədildiyini və ya hücum zamanı xəsarət alanların olduğunu təsdiqləmək mümkün olmayıb.
Hücumda 5 nəfərin həyatını itirdiyinə dair məlumatların yer aldığı açıqlamada prokurorluq əməkdaşlarının ölənlərin yaxınlarının şikayətlərini qəbul etməyi və ölənlərin şəxsiyyətini təsdiqləmək üçün yarılma aparılmasını təklif etdiyi, lakin təklif rədd edilib.
Dövlət sözçüsü Rene Posselt açıqlamasında qarşıdurma olduğunu təsdiqləsə də, hücumda birbaşa icmanın hədəf alındığı iddiasını rədd edib.
Əldə edilən ilk dəlillərin hücumun mütəşəkkil cinayət təşkilatları arasında qarşıdurma olduğunu göstərdiyini söyləyən Posselt, sosial media platformalarında “La Familia Michoacana” kartel üzvləri ilə “Los Tlacos” kartel üzvlərinin cəsədlərinin göstərildiyi iddia edilən videonu araşdırdıqlarını açıqlayıb.
Posselt bölgəyə 170-ə yaxın əsgərin, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının göndərildiyi barədə məlumat paylaşıb.
Minerva Bello Mərkəzinin insan haqları təşkilatının direktoru Xose Filiberto Velazquez açıqlamasında bildirib ki, Gerreroda icmaya hücum edildikdən sonra bölgəyə göndərilən hüquq-mühafizə orqanları ilə birlikdə hadisə yerinə gedib.
Velazquez hücum yerində yanmış bir avtomobil tapdıqlarını və içərisində bədən hissələrini gördüklərini, hücumda 6 nəfərin yaralandığını bildirib.
Velaskes Gerrero əyalətində yaşayan kiçik bir icmadan 30 nəfərin “La Familia Michoacana” cinayət təşkilatı tərəfindən hücuma məruz qaldığını və pilotsuz təyyarələrlə hədəf alındığını iddia edib.
Gununsesi.info