Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail olub

  • By admin
  • 30 İyul 2021 11:59

agBu günün  gəncliyi sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır.

Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir.

HTML tutorial

Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür.

Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da, təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, “ağ ölüm”ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təəccüblüdür ki, bu bəlaya ilk olaraq uşaqlar yoluxur. Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail oldular. Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq narkomafiya üçün əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dübnyanın gələcəyi təhlükə qarşısında qalır.
Cənab ali baş komandanin dediyi kimi #bizbirlikdegucluyuk şüarı altında bu belaya yox deməliyik .

Gəncələr və İdman Nazirliyi  yanında İtimai Şuranin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim,əməkdar məşqçi, dünya Avropa çempionu

Elnur Aliyev