Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO

  • By admin
  • 14 Sentyabr 2022 12:48

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info