Narkotik satmağa görə 6 il həbs cəzası alan şəxsə bəraət verilib - FOTO

  • By admin
  • 10 Mart 2023 20:57

Külli miqdarda narkotik satışında təqsirli bilinərək həbs edilmiş İlqar Kərimov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ittiham olunan şəxsin vəkili Vüqar Babayev çıxış edərək müvəkkilinə qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib.

Vüqar Babayev çıxışında təqsirləndirilən şəxsin ittihamda göstərilən əməllərdən xəbərsiz olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Uzun müddət davam edən araşdırmanın sonunda birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğu qənaətinə gəlinib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti şikayəti əsaslı hesab edib. Qərara əsasən, İlqar Kərimova bəraət verilərək, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Kərimov İlqar Mədət oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il həbs cəzası verilib.