
Bərdə və Masallı şəhər sakinlərinin evlərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Qaməddin Abışovun evinə baxış zamanı oradan 2 kiloqram 195 qram marixuana aşkar edilərək götürülüb.
Bunda başqa Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Əsədullayevin evinin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 760 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info