
Ağsu rayonunun Ülgüc kənd sakini 56 yaşlı Təvəkkül Məmmədov icarəyə götürdüyü fermanın ərazisində qanunsuz olaraq əkib becərdiyi narkotik vasitə olan 64 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkarlanıb. Gununsesi.info xəbər verir ki, rayon polis şöbəsinin əməliyyatçıları Təvəkkül Məmmədovu Ağsu çayının sağ sahilində Zərqava kəndi ərazisində gözdən uzaq sahədə yetişdirdiyi çətənə kollarını özünün və hal şahidlərinin iştirakilə ərazidən çıxararaq polis şöbəsinə gətiriblər.
T.Məmmədovdan çətənə kollarını qorumaq üçün qanunsuz saxladığı 1ədəd tək lüləli ov tüfəngi də müsadirə olunaraq götürülüb. Əvvələrdə məhkumluq həyatı yaşayan Təvəkkül Məmmədov tutduğu əməldən peşiman olduğunu etiraf edib.
Əməliyatçıların apardıqları tədbirlər nəticəsində çətənə kollarını əkib-becərməkdə şübhəli bilinən T.Məmmədov əməlini səmimi etiraf etsədə, külli miqdarda narkotik vasitə olan bu bitkini şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.
Faktla bağlı istintaq başlanılıb araşdırma aparılır.
Gununsesi.info