Narkotik üstündə yaxalandı - ara yerdə tüfəngini də bada verdi (FOTOLAR)

  • By admin
  • 27 İyul 2016 13:06

nar

 

Ağsu  rayonunun Ülgüc  kənd  sakini  56  yaşlı Təvəkkül  Məmmədov  icarəyə  götürdüyü  fermanın ərazisində qanunsuz olaraq  əkib  becərdiyi narkotik  vasitə olan 64 ədəd  çətənə kolu polis  əməkdaşları  tərəfindən aşkarlanıb. Gununsesi.info xəbər verir ki, rayon  polis  şöbəsinin əməliyyatçıları Təvəkkül Məmmədovu  Ağsu  çayının sağ  sahilində Zərqava kəndi ərazisində  gözdən  uzaq  sahədə yetişdirdiyi  çətənə  kollarını özünün və  hal  şahidlərinin iştirakilə ərazidən  çıxararaq  polis  şöbəsinə  gətiriblər.

T.Məmmədovdan çətənə  kollarını qorumaq  üçün   qanunsuz saxladığı  1ədəd tək lüləli  ov  tüfəngi də müsadirə olunaraq  götürülüb. Əvvələrdə məhkumluq  həyatı  yaşayan Təvəkkül  Məmmədov tutduğu  əməldən  peşiman  olduğunu  etiraf  edib.

Əməliyatçıların apardıqları  tədbirlər  nəticəsində çətənə  kollarını əkib-becərməkdə şübhəli  bilinən T.Məmmədov əməlini səmimi  etiraf  etsədə,  külli  miqdarda narkotik vasitə  olan bu  bitkini şəxsi  istifadəsi  üçün yetişdirdiyini  bildirib.

Faktla  bağlı  istintaq  başlanılıb araşdırma aparılır.

 

nar1

 

nar2

 

Gununsesi.info