
Nəsimi rayon Məhkəməsində narkotik vasitə və odlu silah saxlamaqda təqsirləndirilən Cəfər Ağayevin məhkəməsi keçirilib.
Gununsesi.info bildirir ki, vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, C. Ağayevin barəsində bəraət hökmü çıxarılıb. Hökmdə onun cinayət əməli sübuta yetirilmədiyi qeyd edilib. Bundan əlavə istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.
Qeyd edək ki, C. Ağayev bir müddət əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddəsinə əsasən ittiham edilib.
Gununsesi.info