Narkotik və silah alverçisi həbs olunub

  • By admin
  • 30 İyun 2017 13:06

qandal

Kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu, 2 ədəd kustar üsulla hazırlanan xəncər və 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Mirələsgər Babayevə məxsus yardımçı otağa baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu, 2 ədəd kustar üsulla hazırlanan xəncər və 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info