Narkotik vasitə və psixotrop maddə aşkarlanıb

  • By admin
  • 26 May 2017 15:54

narkotika

Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib.

Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından – düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info