Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanıldı - FOTO

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar.

Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

HTML tutorial

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Gununsesi.info