Narkotikin təsiri altında avtobus sürdü, postda saxlanıldı

Mayın 23-ü saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Gununsesi.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə göndəriblər.

 

Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il ərzində sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

 

 

 

Gununsesi.info