Narkotikin təsiri altında avtomobil idarə etdi – Axırı yaxşı olmadı

  • By admin
  • 28 Oktyabr 2023 12:46

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sürücü Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Gununsesi.info