Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

HTML tutorial

Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ 6 ay müddətində məhdudlaşdırılıb.

Gununsesi.info