Narkotikin təsiri altında olan sürücü həbs olunub

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs olunub.

Gununsesi.info xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi “Fiat” markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən olunub.

Bundan əlavə, həmin şəxsin həm spirtli içkidən, həm də narkotik vasitədən istifadə etdiyi məlum olub. Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətinə inzibati qaydada həbs edilib.