
NASA yaxın 10 ildə Aya ilk qadını göndərmək planlarını açıqlayıb.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “CBS Nyus” kanalı məlumat yayıb.
Missiya doqquz kişi və doqquz qadının iştirak edəcəyi “Artemis” proqramı çərçivəsində planlaşdırılır.
NASA-nın kosmik buraxılışlar missiyasının rəhbəri Çarli Bləkvel-Tompson bildirib ki, ayın öyrənilməsinə qayıtmaq müxtəlif qiymətli biliklər əldə etməyə və bir çox elmi kəşflərə imkan verəcək.
Gununsesi.info