NASA bir daha böyük kəşfə imza atdı - FOTOLAR

  • By admin
  • 17 Noyabr 2016 23:08

gunes

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, astroloqlar NASA kosmik teleskopu olan Kepler ilə bu günə qədər kosmosda ən yuvarlaq ulduzu kəşf edib.

Almaniyanın Max-Planck Günəş Sistemləri Araşdırma İnstitutunun katibi Birgit Krummheuerin açıqlamasında bildirilib ki, “Kepler-11145123” adı verilən ulduz dünyadan 5 min işıq ili uzaqda yerləşir.

Verilən məlumatlara görə, ulduz Günəşdən 2 dəfə böyükdür.

Həmçinin, kosmonavt Laurent Gizonun “Science Advances” adlı elmi jurnalda dərc olunan məqaləsində təsadüfən kəşf olunan ulduzun öz oxu ətrafında Günəşdən 3 dəfə yavaş fırlandığı və ulduzun ekvator xəttinin Günəşinkindən daha uzun olduğu qeyd olunub.

gunes-1

Nigar Cəfərli

Gununsesi.info