Boeing Starliner kosmik gəmisində astronavt Barri Uilmorun eşitdiyi qəribə səs Beynəlxalq Kosmik Stansiyanın (BKS) xüsusi audio sistemi ilə əlaqələndirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə NASA-nın xəbər direktoru Şeril Uorner Newsweek-ə müsahibəsində bildirib.
Warner-ə görə, kosmik stansiyadakı audio sistemi “birdən çox cihaz və modulu” birləşdirə bilər, buna görə də orada tez-tez səs-küy eşidilə bilər.