NASA-dan şad xəbər: hər kəs Marsa...

  • By admin
  • 04 Oktyabr 2017 23:17

nasa
NASA-nın rəsmi saytına daxil olaraq orada göstərilən ərizəni dolduran hər kəs Marsa üzərində adı yazılmış lövhə göndərə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Fəaliyyət laboratoriyası informasiya yayıb.

“Mars planeti hər yaşdan olan kosmos həvəskarlarının ağıllarını və ürəklərini cəlb etməyə davam edir. Bizim fəaliyyətimiz vətəndaşların Marsın daxili təbəqəsini araşdıracaq missiyanın sözün əsl mənasında bir hissəsi olmasına imkan verəcək”, – “İnSight” adlı layihənin rəhbəri Bryus Banerdt deyib.

Qeyd edək ki, “İnSight” aparatı vasitəsilə tarixdə ilk dəfə Mars zəlzələləri və qırmızı planetin daxilindəki bir çox digər proseslər araşdırılacaq.

Gununsesi.info