Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dinozavrlar dövrünün Yer kürəsinə bir asteroid düşməsi nəticəsində məhv olduğu iddia edilən bir zamanda NASA daha bir səma cisminin insanlığı məhv edəcəcəyi ehtimalını araşdıran bir sistem tapıb.
NASA Skot adlı sistemlə hansı asteroidin Yer kürəsinə düşəcəyi, hansının yan keçəcəyini 5 gün əvvəldən deyə biləcək. Sistemin çalışma mexanizmi aşağıdakı kimidir: Havaydakı Pan-Starrs teleskopu yaxınlaşan səma cismini aşkarlayıb digər teleskoplara bildirəcək. Onun ölçüləri hesablanacaq. Sentry adlı digər proqram isə bir kəndi yox edəcək böyüklükdə – 140 metrdən böyük səma cisimlərini təsbit edəcək. Proqram sayəsində Yer kürəsinə yaxın 600 asteroid aşkarlanıb.
Nigar Cəfərli
Gununsesi.info