NASA-dan Yupiter ətrafına səfər DƏVƏTİ

  • By admin
  • 05 İyun 2022 09:50

NASA Yupiterin daha yaxından mənzərəsinin görüntüsünü yayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, kadrlar ABŞ kosmik agentliyinin “Instagram” hesabında paylaşılıb.

“Yunona missiyası ilə səfərə çıxın”, – deyə şərh yazılan kadrlarda kosmik aparatın Yupiter ətrafında dövrü qeydə alınıb.

Məlumatda deyilir ki, uçuş bu il aprelin 9-da baş tutub. Bu zaman ən yaxın yaxınlaşma nöqtəsi Yupiterin rəngli bulud zirvələrindən bir qədər çox – 3300 kilometr hündürlükdə olub. Kosmik gəminin saatda təxminən 2 10 000 kilometr sürətlə hərəkət etdiyi vurğulanıb.

Kadrlar sosial şəbəkədə maraqla qarşılanıb.

Gununsesi.info