NASA dünyanın sonu üçün tarix təyin etdi

  • By admin
  • 05 İyul 2023 12:22

NASA-nın araşdırması yenidən gündəmə gəlib. Araşdırma çərçivəsində dünyanın sonunun necə və nə vaxt gələcəyi ilə bağlı təfərrüatlar yer alıb.

Hər kəs dünyanın sonunun necə olacağını düşünür. NASA-nın bu mövzuda əvvəlki araşdırması da yenidən gündəmdə idi.

Gununsesi.info xəbər verir ki, NASA kosmosda həyat izlərini axtararkən dünyanın nə vaxt yox olacağı tarixi və bu yox olmanın necə baş verəcəyini hesablamağa çalışır.

Bu mövzuda araşdırma aparan qrup dünyanın sonunun günəşdə artan radiasiyadan gələcəyini açıqlayıb.

Bunun günəşdən gələn radiasiyanın artması ilə əlaqədar olduğu bildirilir. Bəs bu dəhşətli son nə vaxt baş verəcək?

Araşdırma aparan alimlərin fikrincə, bunun baş verməsinə hələ çox vaxtımız var.
Araşdırmada yaradılan modellərə görə, düz 1 milyard il sonra, tarixlər 1.000.002.021-i göstərdikdə, dünyada oksigen miqdarı yaşanmaz səviyyəyə düşəcək.

Araşdırmanın nəticəsini göstərən məqaləyə görə, bu proses bu gün də davam edir və yer günəş şüaları hesabına hər gün oksigenlə doyur.

Ancaq bu proses o qədər yavaş gedir ki, biz gündəlik həyatımızda bu təsiri hiss etmirik.

Gununsesi.info