NASA Mars simulyasiyası üçün əməkdaşlar axtarır

ABŞ Aerokosmik Agentliyi (NASA) bir illik Mars simulyasiyaları üçün əməkdaşların cəlb olunması barədə elan verib.

Gununsesi.info xəbər verir ki, qurumun rəsmi saytında yer almış elanda simulyasiyaların 2022-ci ilin payızından etibarən başlanacağı bildirilib.

HTML tutorial

Həmçinin, Mars missiyasına hazırlıq çərçivəsində üç simulyasiyanın həyata keçiriləcəyi, prosesin Conson Kosmik Mərkəzində baş tutacağı qeyd edilib.

Bununla yanaşı, namizədlərin 30-55 yaş arasında olması da vurğulanıb.