NASA mühəndislərindən ağlasığmaz təklif - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2023 09:17

NASA mühəndisləri maraqlı layihə hazırlayıblar. Belə ki, onlar Ayda “oksigen boru kəməri” çəkməyi təklif edirlər.

Gununsesi.info xəbər verir ki, elm adamları Yerin təbii peykində gələcək koloniyanı həyat verən qazla təmin etmək üçün belə bir ideya ilə çıxış ediblər.

Layihəyə əsasən boru xətti Ayda böyük su buzu ehtiyatlarının aşkar olunduğu Cənub qütbündən çəkiləcək.

Oksigenin elektrolizdən istifadə etməklə istehsalı planlaşdırılır: elektrik cərəyanı sudan keçərək onu hidrogen və oksigenə parçalayacaq.

Layihə uzunluğu 5 kilometrə qədər olan boru kəmərinin tikintisini nəzərdə tutur.

Gununsesi.info