NASA-nın itmiş peykindən 13 il sonra siqnal gəldi - FOTO

  • By admin
  • 29 Yanvar 2018 22:08

NASA-nın kosmosa buraxdıqdan 5 il sonra itən peyki tapılıb.

Gununsesi.info xəbər verir ki, peyk 13 ildən sonra yenidən aktivləşərək siqnal yollamağa başlayıb.

Belə ki, “Image” adlı peyk 2000-ci ildə kosmosa buraxılıb. Lakin 2005-ci ildə onunla bağlantı kəsilib. Elə həmin ildən “Image”nin itdiyi elan olunub.

Skott Tilley adlı mütəxəssis “2000-017A” etiketli siqnallar gəldiyini görüb və araşdırdığı zaman bunun 13 il əvvəl itən peykə aid olduğunu müəyyən edib.

Gununsesi.info