ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək.
Gununsesi.info xəbər verir ki, R.Laytfut istefasının səbəbini açıqlamayıb.
2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir.
2017-ci ilin sentyabrında prezident Tramp NASA direktoru vəzifəsinə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, sabiq hərbi pilot Cim Braydenstaynın namizədliyini sürsə də, Senat indiyədək onun namizədliyini təsdiqləməyib.
Gununsesi.info