NASA rəhbəri Bayden administrasiyası ilə işləmək istəmir

  • By admin
  • 09 Noyabr 2020 14:40

ABŞ-da prezidentlik yarışının qalibi elan edildikdən sonra NASA rəhbəri Cim Braydenstayn planlarını açıqlayıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Strana.ua xəbər yayıb.

NASA rəhbəri bildirib ki, Co Bayden ondan işləməyə davam etməsini istəsə də, o, vəzifəsindən istefa vermək niyyətindədir.

“Hər kəsə ABŞ prezidenti ilə yaxın münasibətdə olan birinə ehtiyac var. İdarəetmənin etimadından istifadə edən biri… Söhbət Administrativ-Büdcə İdarəsi, Kosmos üzrə Milli Şura, Milli Təhlükəsizlik Şurasından gedir. Düşünürəm ki, yeni administrasiyada mən buna uyğun deyiləm”, – deyə o bildirib.

 

 

Gununsesi.info