
NASA-nın 1997-ci ildə kosmosa göndərdiyi “Cassini” 2014-cü ildən bəri Saturn ətrafında fırlanmaqdadır. Kosmik gəmi planetin halqaları arasında yeni kəşflərə imza atmaqda davam edir.
“Cassini” bu dəfə Saturnun səsini qeyd edərək NASA-ya göndərib. Burada çalışan alimlər bildirir ki, planetdən gələn səslər bir boşluqdan içəriyə sızan şiddətli küləyin, yaxud siqnalını itirmiş televizorun dinamikalarının çıxardığı səslərə bənzəyir. NASA tədqiqatçıları səs yazılarını sona qədər dinlədikləri zaman digər kəsik-kəsik siqnal səsləri də eşitdiklərini də vurğulayıblar.
Kosmik gəminin qeyd edərək göndərdiyi səs yazıları bunlardan ibarət olub. Onu da qeyd edək ki, indiyə qədər insan əli ilə hazırlanan heç bir kosmik gəmi “Cassini”nin nüfuz etdiyi nöqtələrə gedib çata bilməyib.
Gununsesi.info











