NASA “təhlükə” deyərək elan etdi – Sürətlə Yerə yaxınlaşır


ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) “potensial təhlükəli” olaraq xarakterizə etdiyi asteroidin saatda 33 min 10 kilometr sürətlə Yerə yaxınlaşdığını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, NASA asteroidin dünyaya təhlükə yaratmadan planetimizin yaxınlığından keçəcəyini bildirib.

2015 FF kosmik cismin diametri 13-28 metr arasındadır.

Asteroid Yerə doğru saatda 30 min 10 kilometr sürətlə hərəkət edir. Yerdən 4.3 milyon kilometr məsafədən keçəcək.

Başqa bir asteroidin gözlənilməz zərbəsi bu göy cismini asanlıqla Yerə çırpa bilər.

NASA dünyadan 193 milyon kilometrə yaxın olan hər hansı obyekti “Yerə yaxın obyekt” kimi xarakterizə edir. 7.5 milyon kilometr məsafədə olan hər hansı bir obyekt isə “potensial təhlükəli” kimi təsnif olunur.

Gununsesi.info