Natavan hər kəsə toyuna xüsusi geyimdə gəlməyi tapşırıb

  • By admin
  • 12 İyul 2017 10:54

562445

 Gununsesi.info xəbər verir ki, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur.

Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu “Neolit” restoranında baş tutacaq.

Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün “dress-code” qeyd olunub. Belə ki, xanımlar yaşıl, qırmızı, ağ paltar, kişilər isə qara və ağ kostyum geyinməlidir.

Natavan bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qonaqlara özləri ilə telefon gətirməmələrini tapşırıb.

Gununsesi.info