Nazir Natia Turnava: “Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır”

  • By admin
  • 28 Fevral 2020 15:34

“Gürcüstan və Azərbaycan arasında energetika sektorunda irimiqyaslı birgə layihələr müzakirə olunur”.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, Gürcüstan energetika infrastrukturunu sürətlə inkişaf etdirir:

“Azərbaycanlı həmkarımı Gürcüstanı Avropa İttifaqının energetika bazarı ilə birləşdirəcək Qara dənizin dibi ilə yüksək gərginlikli xəttin çəkilməsini nəzərdə tutan yeni təşəbbüslə tanış etdim. Layihədə Azərbaycan da daxil olmaqla bütün region iştirak etsə, bu, onun kommersiya marağını daha da artıracaq”.

Nazir qeyd edib ki, bu gün Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır: “Azərbaycan Gürcüstanın energetika bazarında defisitin olduğu dövrlərdə bizə elektrik enerjisinin çatdırılması prosesində iştirak edir”.

Gununsesi.org